Haqqımızda

Ana səhifə / Haqqımızda

JOBOY – Hər xidmətdə mükəmməl olan yeni brenddir.... tam mənada HƏR XİDMƏTDƏ (Urban Lüğəti)

JOBOY - ev təmiri, evə qulluq, məişət texnikasının təmiri, dizayner xidməti, bağçılıq və landşaft xidmətləri, peşəkar xidmətlər, gözəllik xidmətləri, təmizlik xidmətləri, kompyuter və digər elektron cihazlarının təmir xidmətləri və bir çox digər peşəkar sahələr üzrə ƏN YAXŞI MÜTƏXƏSSİSLƏRİ işə cəlb edir. Biz göstərdiyimiz xidmətləri və tətbiq etdiyimiz texnologiyaları müştərinin istəyi əsasında yaratmışıq və beləliklə bizim bütün xidmətlərimiz MÜŞTƏRİNİN TƏLƏBLƏRİNİ ÖDƏMƏYƏ yönəlmişdir.

Bizim xidmətlərimizə elektrik, santexnik, dülgər, hörgü, suvaqçı, dam ustası, döşəmə ustası, alçipan və oboy ustası, rəngsaz, kondisioner ustası, məişət texnikası üzrə mütəxəssis, bağban, landşaft dizayneri, pərdə dizayneri, təmizlik xidmətləri, kosmetoloq, saçlaraqulluq, kompyuter təmiri və bir çox digər xidmətlər daxildir.

Bizim TƏCRÜBƏLİ VƏ PROFESSİONAL mütəxəssislərimiz sizin kondisioneri, soyuducunu, televizoru, mikrodalğalı sobanı, qaz plitəsini, elektrik sobaları, paltaryuyan maşını, su sərinləşdiricisini və digər elektron cihazlarıı təmir etməkdə və onlara servis xidməti göstərməkdə peşəkardırlar. Biz daim öz xidmətlərimizin yenilənməsi üzərində çalışırıq və öz servis şəbəkəmizi genişləndirməkdəyik.

Azərbaycan

JOBOY Xidmətləri halhazırda Bakı şəhərində aktiv fəaliyyət göstərir. Bizim xidmətlərimiz tezliklə bütün ölkəni əhatə edəcək.

Kanada

Biz həmçinin Toronto, London və Kalqari şəhərlərində də aktiv fəaliyyətdəyik.

Birləşmiş Krallıq.

Hal hazırda biz Böyük London ərazisində müştərilərə xidmət göstəririk. Tezliklə biz Birminqhamda da müştərilərə öz xidmətlərimizi təklif edəcəyik.

Hindistan

Biz həmçinin Dehli, Mumbai, Noyda, Quruqram, Çennai, Koçi, Qaziabad, Fəridabad, Trissur, Trivandram, Kojikode, Kottayam, Heydərabad şəhərlərindəki müştərilərimizə xidmət göstəririk və tezliklə Benqaluru, Pune, Koimbatore, Mangalore, Maysore və Hindistanın digər əsas şəhərlərində xidmət şəbəkəmizi genişləndirəcəyik.

Birləşmiş Ərəb Əmirlikləri

Biz  Birləşmiş Ərəb Əmirliklərində də müştərilərimizə xidmət göstəririk. Hal hazırda Dubay, Abu-Dabi, Şərca və Rəs-Əl-Xeymə kimi şəhərlərdə fəaliyyətimiz uğurla davam edir.

 

Bizim xidmətlərimiz və qoyduğumuz qiymətlər MÜŞTƏRİNİN İNDİVİDUAL TƏLƏBLƏRİNƏ ƏSASLANMIŞDIR və bu da zəmanət verir ki, müştəriyə ən tez bir zamanda və birbaşa evindəcə ən yaxşı xidmət göstərilsin. Müştərilər sorğu və ya siyahı əsasında xidmətləri seçə və eləcə də siyahıda qeyd olunmuş xidmət provayderlərinin xidmətlərindən istifadə edə bilərlər.

Bizim xidmətlərimiz üzrə işə qəbul etdiyimiz mütəxəssislər TƏCRÜBƏLİ OLMAQ ŞƏRTİLƏ seçilir və məhz peşəkarlıq üzrə təcrübədən keçdikdən sonra işə qəbul olunur. Bu ciddiyyət ona görədir ki, bizim müştərilərimiz sərf etdikləri pula görə KEYFİYYƏTLİ VƏ MÜNASİB XİDMƏT görsünlər və eyni zamanda onları TƏHLÜKƏSİZ bir mühitin əhatə etməsinə əmin olsunlar.   

JOBOY geniş xidmət provayderləri bazasında, çevik və keyfiyyətli xidmət bacarığına, münasib qiymət və zəmanətli servisə malik olmaqla, müştərilərin tam məmnun qalmasını təmin edir.  Sizin həm də tədarük üzrə yerində ödəniş və ya debit/kredit kartlarından istifadə etməklə digər onlayn ödəniş üsullarından yararlanmaq şansınız vardır. 

Tezliklə siz JOBOY tədbiqindən istifadə etməklə alış-verişinizi həyata keçirmək imkanına malik olacaqsınız. Sizin sevimli yerli istehsalı olan müxtəlif çeşiddə tortlar, çiçəklər, ev şorabaları və şirələri, geyimlər və akssesuarları da tərəfimizdən sizə təqdim olunacaq. 

Bizim mobil tətbiqimiz aşağıda göstərilənərə daxil olmaq icazə istəyəcək:

1. Telefon və şəbəkə barədə məlumat: JOBOY şəbəkə məlumatları ilə işləyir və eləcə də birbaşa tətbiqdən servis provayderlərinə zəng etmək üçün mobil şəbəkədən istifadə edir.

2. Mətnli məlumatların oxunuşu və yazılışı: Tətbiq üçün bizim tərəfimizdən göndərilən kodu oxumaq zəruri olduğu halda və eləcə də serverlə bağlı digər bildirişlər üçün.

3. Multi-mediya faylları bazasına giriş: fotoşəklin sizin profilinizə əlavə olunması zamanı və yaxud sizin xidmət edilməsi üçün verdiyiniz sifarişlə bağlı foto-şəklin yüklənməsi zamanı istifadə olunur.

4. Lokasiya (yerləşdiyiviz yerin təyin edilməsi: Bizim xidmətlərimiz yerləşmə ərazisindən asılı olduğu üçün bu çox zəruridir.

Lakin əmin olun ki, bizi sizin şəxsi məlumatlarınıza və yaxud da sizin telefonunuzdakı kütləvi informasiya vasitələrinə giriş əldə edə bilmərik. Bütün bu müraciətlər yalnız bizim təqdim etdiyimiz vasitələrin  məntiqi işləməsi üçün nəzərdə tutulmuşdur. Sizin məxfiliyiniz bizim üçün öz məxfiliyimiz qədər mühümdür!

JOBOY-dan istifadə edin! Qayğısız həyat yaşayın!

Müştəri xidmətləri nömrəsi: +994 50 764 4742

E-poçt: help@joboy.az


Niyə Joboy?

services-ball-shape
on-demand-scheduled

Tələb üzrə /
Cədvəl üzrə

services-ball-shape
verified-partners

Sınanılmış Partnyorlar

services-ball-shape
service-warranty

Zəmanətli Xidmət

services-ball-shape
transparent-pricing

Şəffaf Qiymət

services-ball-shape
online-payments

Onlayn Ödənişlər

services-ball-shape
customer-support

Müştəri xidməti

home
Home
setting
Services
shopping
Shopping
profile
Profile