Joboy – “JOBOY Services Pvt. Ltd”-nin ticarət markasıdır. Serville daxili və xarici tələblərə əsasən bildiriş vermədən və istənilən zaman siyasəti yeniləmək/dəyişmək hüququnu qoruyur. Dəyişikliklərdən xəbər tutmaq üçün daim ləğvetmə siyasətini izləməyiniz tövsiyyə olunur. Əgər siz bu siyasətlə razı deyilsinizsə, onda JOBOY veb saytından və ya mobil tətbiqindən istifadə etməyin. Müştəri və ya servis provayderi tərəfindən həyata keçirilən Ləğvetmə proseduru haqqında, eləcə də ləğvetmənin müvafiq xərci barədə dəqiq təsəvvürə malik olmaq üçün təqdim edilən ləğvetmə siyasəti ilə diqqətlə tanış olmağınızı sizdən xahiş edirik. Joboy – “JOBOY Services Pvt. Ltd”-nin müəllifi təsdiq olunmuş brendidir.
MÜŞTƏRİ TƏRƏFİNDƏN LƏĞVETMƏ
- Müştəri istənilən vaxt Joboy platformalarından (Veb-sayt/Mobil) istifadə etməklə və ya bizim müştəri xidmətlərinin rəhbərliyi ilə məsləhətləşərək sorğuları ləğv edə bilər və ya başqa vaxta keçirə bilər.
- Müştəri iş sorğusu təyin olunmuş iş vaxtindan 2 saat əvvəl və ya təcili işin təhvil verilməsi üçün sorğunun 30 dəqiqə əvvəl ləğv edə və ya başqa vaxta keçirə bilər. Müştəridən imtinaya və belə hallarda yaranan narahatlıq kimi izah olunan səbəblərə görə minimum məbləğ tutulacaq.
- Servis provayderinin müştərinin mənzilinə gəlişi ilə o, iş sorğusunu ləğv etdiyi/başqa vaxta keçirdiyi halda, elan olunmuş minimal ödəniş və bütün tətbiq olunan rüsumlar müştəridən tutulacaq.
- İş sorğusunu davamlı şəkildə ləğvetmək / başqa vaxta keçirmək və ya istənilən qərəzli fəaliyyət, Joboy tərəfindən xidmətin dayandırılmasına və gələcəkdə müştəri ilə razılığın ləğv edilməsinə gətirib çıxara bilər.
- Servis provayderi planlaşdırılmış vaxtdan 60 dəqiqə gec çatdığı halda müştəridən ləğvetməyə görə heç bir xərc tutulmayacaq. Sorğunu ləğv etməkdən qabaq nəqliyyat şərtləri, əlverişlilik və iqlim şəraiti kimi coğrafi faktorları nəzərə almaq məqsədəuyğundur.
- Gözlənilməz hallar və ya daxili səbəblərə görə Joboy müştəri ilə əlaqə saxlayaraq istənilən iş sorğusunu istənilən an ləğv etmək hüququnu qoruyur və bunun üçün heç kimin qarşısında cavabdehlik daşımır.
- Müştəriyə gün ərzində üçdən çox iş sorğusunu ləğv etmək / başqa vaxta keçirmək icazəsi verilmir. O, istənilən bu cür fəaliyyətə görə xidmətdən uzaqlaşdırıla bilər.
SERVİS PROVAYDERİ TƏRƏFİNDƏN LƏĞVETMƏ
Joboy Azərbaijan şirkətinin siyasətinə müvafiq olaraq işin ləğvi müştəri tərəfindən Joboy platforması vasitəsi ilə irəli sürülən iş sorğusunun qəbul olunmasından sonra servis provayderi tərəfindən xidmətdən imtina deməkdir. Servis provayderi Joboyun müddəa və şərtlərini adaptasiya prosesində qəbul etməyə razılıq verir. Müqavilənin hər hansı formada pozulması cərimə tətbiqinə və ya xidmətlərin dayandırılmasına və eləcə də sonradan müqavilənin ləğv olunmasına gətirib çıxara bilər.
- Servis provayderinə gün ərzində maksimum 2 sorğunu ləğv etmək icazəsi verilir. Joboy ilə razılaşmaya uyğun olaraq 2 dəfədən çox ləğvetmə müştəri üçün narahatlıq yaratdığına görə cərimə ilə nəticələnə bilər.
- Servis provayderinə planlaşdırılmış iş sorğusu üçün planlaşdırılmış vaxtdan iki saata qədər işi ləğv etmək icazəsi verilir. Işin ləğvi vaxtında olan iş sorğusu üçün icazə verilmir.
- İş sorğularının ləğvi və ya müştəri ilə münasibətdə hər hansı mənfi rəftar, reytinqin aşağı düşməsinə və cərimələnməyə gətirib çıxara bilər. Bu hərəkətlər servis provayderi ilə müqavilənin ləğv olması ilə nəticələnə bilər.
- Servis provayderi Joboya qayıdarkən işin ləğv olma səbəbini göstərməlidir. Bu səbəblər analiz aparılması üçün servis provayderinin qeydlərində saxlanmalıdır.
- Servis provayderi müştəri ilə iş sorğusunun vaxtını dəyişən zaman işi ləğv edə bilər. Qaydalar Joboy arasında olan müqaviləyə müvafiq olaraq tətbiq olunur.
TƏKRAR ÖDƏMƏ SİYASƏTİ
Müştəri Joboydan aşağıdakı hallarda təkrar ödəmə tələb edə bilər:
- Saxta xidmət
- Natamam iş
- Servis provayderi tərəfindən qeyri-qənaətbəxş rəftar.
Müştəri işin təhvil verilməsindən etibarən 5 gün müddətində “şikayət” mətni ilə help@joboy.az ünvanına məktub göndərə bilər. Joboy komandası şikayəti qeydə alacaq və 24 saat müddətində e-poçt vasitəsilə şikayətin nömrəsi barədə məlumat verəcək. Müştəri 7 iş günü müddətində e-poçt vasitsilə şikayətin son statusunu alacaq. Təkrar ödəmə haqqında sorğu şikayətlərə baxış üzrə Joboy əməkdaşı tərəfindən öz təsdiqini tapsa, 48 saat (bayram günlərindən başqa) müddətində müştərinin kredit / debet kartına köçürüləcək. Joboy təkrar ödəməni təsdiq etmək və ya ləğv etmək hüququnu qoruya bilər; təkrar ödəmə sorğusu servis provayderindən işin yerinə yetirilməsi haqqında məlumatların toplanması yolu ilə işlənib hazırlanacaq. Şikayətin statusu müştəriyə təsdiq/imtina səbəbi göstərilməklə qeydiyyatdan keçmiş e-poçt identifikatoru vasitəsi ilə müştəriyə bildiriləcək.
Qeyd: Geri ödəmə siyasəti yalnız onlayn ödəmə yolu ilə ödənişlərə tətbiq olunur.