JOBOY Azərbaycan tərəfindən idarə edilən və rəhbərlik olunan Joboy mobil tətbiqindən və ya http://www.joboy.az vebsaytı istifadə etməzdən əvvəl bu Müddəa və Şərtləri diqqətlə oxumağınızı xahiş edirik.
Sizin Xidmətlərə girişiniz və istifadəniz bu Müddəa və Şərtləri qəbul və əməl etməklə şərtlənir. Bu Müddəa və Şərtlər Joboy vebsaytına/tətbiqinə daxil olan, onu yükləyən, qeydə alan və istifadə edən bütün qonaqlara, istifadəçilərə və digər şəxslərə tətbiq olunur. Siz Joboy vebsayt/tətbiqinə daxil olmaqla, onu yükləməklə və ya istifadə etməklə bu Şərtlərə riayət edəcəyinizə razılaşırsınız. Əgər şərtlərin hər hansı hissəsi ilə razılaşmasanız, onda vebsayta/tətbiqə daxil ola bilməzsiniz.
ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
Joboy.az vebsaytı JOBOY Azərbaycan tərəfindən müəlliflik aktı əsasında təsdiq edilir və idarə olunur. Loqo da daxil olmaqla dizayn, əməliyyat sırası, xarici görünüş, məzmun, yazı və təsvirlər kimi Joboy vebsayt və tətbiqinin bütün aspektləri müəlliflik hüququ aktı əsasında qorunur. Qanuna əsasən istifadəçilərə mülkiyyət materialının hər hansı birini yükləmək, təkrar istifadə etmək, konfiqurasiyanı dəyişmək və ya saxtalaşdırmaq qadağan olunur. Hər hansı bu kimi fəaliyyət Joboy.az saytının əvvəlcədən icazəsi və ya sahibinin yazılı razılığı olmadan qəti qadağan edilir. Əgər Joboy.az saytı hər hansı istifadəçinin belə fəaliyyətlə məşğul olduğunu müəyyən edərsə, məhdudiyyətsiz olaraq, mülki, cinayət və məhkəmə təminatı daxil olmaqla ona qarşı müvafiq hüquqi tədbirlər görülə bilər.
JOBOY PLATFORMALARININ İSTİFADƏSİ (VEB/TƏTBİQ)
Joboy.az saytı müştəri və servis provayderlərinin bir-biri ilə əlaqə saxlaması və ya xidmətlə təmin etməsi üçün nəzərdə tutulmuş profil, e-poçtu, çat, bloqlar, iş elanı, reklam və digər ünsiyyətin aid olduğu ümumi platformadır. Beləliklə də istifadəçilər bu vasitələrdən yalnız nəzərdə tutulan məqsədlə əlaqədar və buna müvafiq olan mesajları göndərmək və qəbul etmək üçün istifadə edə bilər. Bu şərtin pozulması joboy.az saytını istifadəçiyə qarşı məhdudiyyətsiz olaraq, mülki, cinayət və məhkəmə təminatı da daxil olmaqla müvafiq hüquqi tədbirlər görməyə vadar edə bilər.
MÜŞTƏRİ MƏLUMATLARI
Joboy.az saytı yeni hesab qeydiyyatı zamanı müştəridən xidmət göstərmək üçün tələb olunan şəxsi məlumatları paylaşmağı xahiş edə bilər. Joboy.az müştərinin öz şəxsiyyəti, əlaqə məlumatları haqqında düzgün məlumat verməsinə ümid bəsləyir. Verilən məlumatlar qeydiyyat prosesi zamanı yoxlanılacaq. Joboy.az saytı yalnız öz müştərilərinə ən yaxşı xidmət göstərmək üçün səmimi şəkildə çalışır və beləliklə də müştərilər tərəfindən tələb olunan və göstərilən Xidmətlərin uyğunluğu, etibarlılığı, vaxtında hazırlığı və ya dəqiqliyi üçün öz üzərinə tam məsuliyyəti götürmür. Joboy.az saytı həmin şəxs olduğunu iddia edən müştərilərin şəxsiyyətini təsdiq etmir. Əgər Joboy saytı hər hansı yanlış məlumat və ya qanuna zidd hərəkət aşkar edərsə, müştəri ilə olan müqavilə dərhal qüvvəyə minməklə ləğv olunacaq.
XİDMƏT TƏMİNATÇISI HAQQINDA MƏLUMAT
Joboy.az saytı müştərilərin salamatlığını və təhlükəsizliyini təmin etmək üçün servis provayderlərinin keçmişinin yoxlanılmasını həyata keçirir. Joboy.az saytı uyğunlaşma və istiqamətləndirmə prosesi zamanı hər bir servis provayderi ilə Xidmət Səviyyəsi Müqaviləsi bağlayır. Bu davranış müştərilərimizə ən yaxşı və səmərəli xidmət göstərmək üçün səmimi bir davranışdır. Joboy.az saytı göstərilən xidmətlərin uyğunluğu, etibarlılığı, vaxtında hazırlığı və dəqiqliyi üçün öz üzərinə tam məsuliyyət götürmür.
HESAB PAROLUNUN QORUNMASI
Müştəri yalnız təklif olunan xidməti əldə etmək üçün Joboy.az saytı tərəfindən təmin olunan şifrə və xidmət hesabının məxfiliyinin saxlanılmasına məsuliyyət daşıyır. Müştəri şifrə və ya hesab altında baş verən bütün fəaliyyətlər üçün vahid və tam şəkildə məsuliyyət daşıyır. Joboy.az saytı hər hansı müştəri hesabının istifadəsi üzərində nəzarətə malik deyil və ondan yaranan hər hansı məsuliyyətdən qəti şəkildə imtina edir. Əgər müştəri hesab əsasında fəaliyyətlər və ya hesabın pozulması haqqında şübhələnərsə, o, dərhal hesabı bağlamaq üçün joboy.az saytına müraciət edəcək.
XİDMƏTİN BAŞA ÇATDIRILMASI
Joboy.az saytı vaxtaşırı olaraq vebsaytda göstərilən qaydalarımızın hər hansı birinin pozulması üçün bizimlə əlaqəni dayandırmaq və ya ləğv etmək hüququnu qoruyur. Ləğvetmə poçt vasitəsi ilə əvvəlcədən xəbərdar etməklə həyata keçəcək və bildirişin təqdim edilməsindən sonra dərhal qüvvəyə minəcək. Joboy.az saytı uyğunsuz və ya təhqiredici davranışa görə istisnasız olaraq mülki, cinayət və məhkəmə təminatı daxil olmaqla qanuni tədbirlər görmək hüququnu da qoruyur. Qaydaların hər hansı birinə əməl olunmaması və ya pozulması Joboy.az saytı ilə müqavilənin ləğv edilməsi və ya başa çatdırılmasına gətirib çıxarır. Müqavilənin ləğv edilməsi müştəri tərəfindən hal-hazırda tələb olunan xidmət, ödəniş və digər mübahisələrin ləğv edilməsi ilə də nəticələnə bilər. Joboy saytı Joboy platforması (zəmanət müddəti xidmətlər arasında dəyişir) vasitəsi ilə təklif olunan xidmət üzrə 7-21 günlük zəmanət təklif edir və servis provayderi tərəfindən istənilən hər hansı əlavə xərclə bağlı belə ödənişləri etməzdən əvvəl müştəri xidməti (+9950764 4742) və ya help@joboy.az saytına məlumat verilməlidir.
HESAB VƏ ÖDƏNİŞ QAYDASI
Joboy.az saytı öz müştərisinə netbanking/debit kartdan istifadə etməklə onlayn şəkildə və ya nəğd şəkildə servis provayderinə ödəniş etməyi təklif edə bilər. Joboy.az saytı nəğd şəkildə edilən ödənişin qaytarılması üçün heç bir məsuliyyət daşımır. Müştəri işin tamamlanmasından dərhal sonra hesablanan məbləği ödəmək üçün cavabdehlik daşıyır. Joboy.az saytı bizim məlumatımız olmadan Servis provayderinə ödənilən pula görə məsuliyyət daşımır və ya biz Joboy və müştəri arasında razılaşmadan başqa Servis provayderinə nəğd şəkildə edilən ödənişlər üzərində nəzarətə malik deyilik. Beləliklə, ödənişlərin platformada mövcud olan onlayn ödəniş variantları ilə birbaşa Joboy.az saytına edilməsi mühümdür. Biz Servis provayderinin hər hansı birinə çay pulu və ya mükafatın verilməsini tövsiyyə etmirik, lakin əgər hər hansı müştəri bunu edirsə, bu onun tam arzu və qərarına əsaslanır.
Əgər istifadəçi hesabından pul çıxılırsa və ödəniş tətbiqdə əks olunmursa, sizdən +99507644742 nömrəsi ilə JOBOY müştəri xidmətləri ilə əlaqə saxlamaq və ya help@joboy.az ünvanına e-məktub göndərmək tələb olunur. Əgər ödənişiniz xidmət provayderində uğurla həyata keçərsə, sizin ödənişiniz 48 saat ərzində bank hesabınızda əks olunacaq. Əgər sizin ödəniş statusunuz verilən vaxt çərçivəsində yenilənməzsə, əlavə sorğular üçün bankla əlaqə saxlamağınız xahiş olunur. JOBOY belə hallar üçün məsuliyyət daşımır və ödəniş sizin bank hesabınızda əks olunacaq.
DİGƏR SAYTLARA LİNKLƏR
Joboy.az saytı JOBOY Azərbaycan şirkətinin malik olmadığı və ya idarə etmədiyi üçüncü tərəfin sayt və ya xidmətlərinə olan linkləri daxil edə bilər. JOBOY Xidmətləri hər hansı üçüncü tərəfin saytları və ya xidmətlərinin məzmununa, məxfilik siyasətinə, təcrübələrinə nəzarət etmir və öz üzərinə heç bir məsuliyyət götürmür. Siz əlavə olaraq təsdiq edib və razılıq verirsiniz ki, JOBOY Xidmətləri birbaşa və ya dolayı şəkildə hər hansı belə sayt və xidmətlərdə yaranan və ya yaranması iddia edilən hər hansı zərər və itki üçün məsuliyyət daşımayacaq. Biz, müraciət etdiyiniz hər hansı üçüncü tərəfin sayt və ya xidmətlərinin müddəa və şərtləri və məxfilik qaydalarını oxumağı sizə israrla tövsiyyə edirik.
XİDMƏTİN TƏQDİM EDİLMƏSİ
Joboy.az saytı bizim Joboy Servis provayderi və ya Müştəri tərəfindən birbaşa Joboy Servis provayderindən tələb olunan hər hansı xidmətlə birbaşa əlaqəni qəti şəkildə pisləyir və belə hallarda, hər hansı hadisə və ya şərait üzərində heç bir nəzarətə malik deyil və öz üzərinə heç bir məsuliyyət götürmür. Joboy.az öz xidmətini təqdim etmək üçün tələb olunan material və ya ehtiyat hissələrini təmin etmir və bununla məşğul olmur. Müştərilərdən xidməti icra etmək üçün öz materiallarını almaq tələb olunur. Servis provayderi xidmət qöstərilən zamanı dəyən zərərlər üçün tək məsuliyyət/cavabdehlik daşıyacaq və belə hallarda Müştəri xıdmətləri ilə əlaqə saxlamaq tələb olunur və bundan sonra əgər zərər qarşılıqlı anlaşma ilə həll olunarsa, servis provayderinə qarşı şikayət verə bilər.
Müştəridən servis provayderimizin hər hansı pis davranış və ya qeyri-məqbul rəftarı üçün dərhal Joboy.az saytına hesabat/məlumat vermək tələb olunur və bu da xoşagəlməz halları aradan qaldırmaq və gələcəkdə belə hadisənin baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Lakin əgər pis davranış qanunun pozulması kateqoriyasına daxil olarsa, onda müştəri qüvvədə olan qanunvericiliyə uyğun olaraq birbaşa servis provayderi barədə tədbir görə bilər və Joboy.az saytı belə halda heç bir məsuliyyət daşımayacaq. Həmçinin əgər servis provayderi xidmət təminatı zamanı və ya xidmət dövrünün hər hansı mərhələsində hər hansı cinayət fəaliyyətinə cəlb olunarsa, müştəri öz arzusu ilə ölkənin qanunlarına əsasən birbaşa tədbir görə bilər və həmin hadisənin tam təfsilatları haqqında da bizi məlumatlandıra bilər. Joboy.az saytı hər hansı belə fəaliyyətin tərəfdarı olmayacaq.
GÖZƏLLİK VƏ SAĞLAMLIQ XİDMƏTLƏRİ
Joboy şirkəti xüsusi servis provayderindən xidmətləri əldə etmək üçün müştərilər üçün texnoloji platforma kimi çıxış edir və ona görə də xidmət təminatı zamanı dəyən hər hansı zərərə və ya səhlənkarlığa görə məsuliyyət daşımır. Texnologiya infrastrukturu təminatçısı kimi Joboy şirkəti müştərini servis provayderi ilə birləşdirir və servis provayderlərinə onlayn ödəniş vasitəsi üçün rahatlıq, digər tərəfdən ödəniş təminatı təklif edir. Joboy-un ümumi nişan subyektində Xidmət Nişanları servis provayderinin brend loqosuna malik olacaq və konkret servis provayderinin xidmətlərindən istifadə müştərinin ən çox arzu etdiyi cəhətdir. Əgər servis provayderi xidmət dövrünün hər hansı mərhələsində hər hansı cinayət fəaliyyətinə cəlb olunarsa, hər hansı təhqiredici davranış, pis rəftar və ya tibbi səhlənkarlıq nümayiş etdirərsə, müştəri Azərbaycanın qüvvədə olan qanunvericiliyinə əsasən servis provayderinə qarşı hüquqi tədbirləri görə bilər. Joboy (JOBOY Azərbaycan MMC) hər hansı belə fəaliyyətin tərəfdarı olmayacaq.
MƏİŞƏT AVADANLIQLARI VƏ İSTEHLAKÇININ ELEKTRON MƏHSULLARI
Təmir Xərcləri /Səfər Xərcləri – müştərinin obyektlərinə xidmət göstərənin səfəri zamanı məcburi xərclərdir – bu xərcin ilk səfərdə müştəri tərəfindən ödənilməsi tələb olunur.
ÖDƏNİŞ XİDMƏTİ
Joboy şirkəti yalnız səlahiyyətli biznes tərəfdaşları ilə hesab ödəniş xidməti təklif edir və bu Joboy/biznes tərəfdaşlarının xüsusi xidmət təklif etdiyi şəhər/ərazi üçün xarakterikdir. Joboy şirkəti etibarlı müştəri identifikasiyası üçün səlahiyyətli biznes tərəfdaşımıza doğru asan və təhlükəsiz ödəniş qaydası təklif edir və etibarlı ödəniş hesabından istifadə edir. Bütün uğurlu əməliyyatlar “Mənim Ödənişlərim” səhifəsində göstəriləcək və qəbzlər sizin rəsmi email paylaşılacaq. Sizin xidmətlər uğurlu əməliyyatın həyata keçirildiyi vaxtdan sonra 24 saat ərzində aktiv olacaq və bu, ciddi olaraq servis provayderinin dövriyyə vaxtına əsaslanır və Joboy öz üzərinə heç bir məsuliyyət götürmür. Xidmət təklif etmək üçün xidmət vergisini tutmaq bizim biznes tərəfdaşımızın mülahizəsi əsasında həyata keçirilir.
Əgər istifadəçi hesabından pul çıxılarsa və ödəniş tətbiqdə əks olunmazsa, sizdən +994 507644742 nömrəsi ilə JOBOY Müştəri Xidmətləri ilə əlaqə saxlamaq və ya help@joboy.az ünvanına e-məktub göndərmək tələb olunur. Əgər əməliyyat ödənişin qəbul xidməti üzrə provayderdə uğurla həyata keçərsə, sizin ödənişiniz 48 saat ərzində bank hesabınızda əks olunacaq. Əgər sizin ödəniş statusunuz verilən vaxt çərçivəsində yenilənməzsə, əlavə sorğular üçün bankla əlaqə saxlamağınız xahiş olunur.
Müştəridən öz şəxsiyyəti, ödəniş hesabı haqqında məlumatları (Kart məlumatı, Bank hesabı məlumatı), Hesab sahibi haqqında məlumat və ödəniş məlumatları (ödəniş məbləği və əməliyyatın təsviri) haqqında etibarlı, dəqiq və tam məlumat vermək tələb olunur. Joboy şirkəti verilən məlumatın şübhəli olduğunu aşkar etdikdə, istifadəçi hesabını ləğv etmək və ya xidmətin cari və gələcək istifadəsindən imtina etmək hüququnu qoruyur.
Əgər o, aşağıdakı vəziyyətlərin hər hansı biri və ya bir neçəsinə görə Ödəniş Tarixində hər hansı Ödəniş Göstərişlərini həyata keçirə bilməzsə, Joboy şirkəti heç bir məsuliyyət daşımır və hər hansı öhdəlik götürməyəcək;
Qeyd: Müştəri calaqsız internet əlaqəsini təmin etməli və kompyuter,modem və ya digər giriş cihazı daxil olmaqla World Wide Web şəbəkəsi ilə bu cür əlaqəni təmin etmək üçün zəruri olan bütün avadanlığa malik olmalıdır. Müştəri yalnız World Wide Web-ə giriş, birbaşa və ya dolayı şəkildə veb kontentə girişlə bağlı hər hansı hüquqlar üçün məsuliyyət daşıyır.
TƏNZİMLƏYİCİ QANUN
Bu Şərtlər qanunun müddəaları arasında ziddiyyətin olmasını nəzərə almadan ölkənin qanunlarına müvafiq olaraq tənzimlənəcək və şərh olunacaq. Bu Müddəaların hər hansı hüquq və ya təminatını icra etməməyimiz, həmin hüquqlardan imtina kimi hesab olunmayacaq. Əgər bu Müddəaların hər hansı şərti məhkəmə tərəfindən qüvvəsiz və ya həyata keçirilməz hesab olunarsa, bu Müddəaların qalan şərtləri qüvvədə qalacaq. Bu Müddəalar bizim xidmətlə bağlı aramızda tam razılaşmanı təşkil edir və Xidmətlə bağlı malik ola bildiyimiz hər hansı əvvəlki razılaşmaları əvəz edəcək və dəyişdirəcək.
MÜBAHİSƏLƏRİN HƏLLİNİN İDARƏ OLUNMASI
Joboy.az saytı müştəri ilə mübahisələri idarə etmək, həll etmək və ya rədd etmək hüququnu qoruyur. Müştəri tərəfindən irəli sürülən istənilən mübahisələr Joboy heyəti tərəfindən işlənəcək və şikayət nömrəsi ilə birlikdə poçt vasitəsi ilə mübahisənin alınması haqqında müştəriyə məlumat veriləcək. Joboy heyəti şikayəti araşdıracaq və müştəri axtarışlar əsasında şikayət günündən sonra 7 iş günü ərzində Jobody heyətindən cavab alacaq.
Müddəa və Şərtlər və Digər Qaydalara Dəyişikliklər
Joboy.az saytı bizim yeganə mülahizəmiz əsasında əvvəlcədən müştəriyə bildiriş verməklə və ya verməməklə istənilən vaxt müddəa və şərtləri və ya hər hansı digər qaydaları dəyişmək, pozmaq və ya əvəz etmək hüququnu qoruyur. Maddi dəyişikliyi təşkil edən şərt, bizim yeganə mülahizəmiz əsasında müəyyən olunacaq. Biz dəyişiklikləri qəbul etmək üçün poçt və müraciət vasitəsi ilə dəyişiklikləri göndərmək üçün öz səmimi cəhdimizdən istifadə edəcəyik. Biz müştəri və servis provayderlərindən qayda, müddəa və şərtləri yeniləmək üçün müəyyən olunan tez bir zaman çərçivəsində onlara daxil olmağı tələb edirik. Həmin düzəlişlər qüvvəyə mindikdən sonra Xidmətimizə daxil olmaq və ya istifadə etməyə davam etməklə siz düzəliş edilən şərtlərə riayət etməyə razılaşırsınız. Yeni şərtlərə razı olmadığınız halda, Xidmətdən istifadə etməyi dayandırmağınızı xahiş edirik.
BİZİMLƏ ƏLAQƏ
Email: help@joboy.az | Müştəri Dəstəyi Nömrəsi - +994 50 764 4742
@ JOBOY Services Pvt Ltd/Joboy/Müddəa və şərtlər-Ver 0.5 Yenilənib 25 Oktyabr 2020